Türkiyədə baş verən güclü zəlzələdə dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Hatayda bir binanın uçqununda çalışan xilasedicilər oradan 15 milyon lirə (təxminən 1 milyon 353 min AZN) dəyərində zinət əşyaları və pul tapıblar.
Onlar tapdıqları pulu və qızılları polisə təslim ediblər.
Mədən işçilərinin bu addımı ətrafdakılar tərəfindən rəğbətlə qarşılanıb.