Rusiyanın çevriliş planının qarşısını aldıq - Moldova prezidenti

17:46 - 14 Fevral 2023

Rusiyanın çevriliş planının qarşısını aldıq - Moldova prezidenti

Moldova prezidenti Maya Sandu Rusiyanı ölkəsində dövlət çevrilişi planlaşdırmaqda ittiham edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sandu bildirib ki, Kreml Monteneqro, Belarus və Serbiyadan qrupları ölkəyə gətirərək hökumət əleyhinə etirazlarla Kişinyov administrasiyasını devirməyə çalışır.

Prezident həmçinin iddia edib ki, Moskva hökumət binalarına hücum etmək və məmurları girov götürmək üçün silahlı qruplardan istifadə etməyi planlaşdırır. Sandu cəhdlər Moldova kəşfiyyatı tərəfindən dayandırıldığını açıqlayıb.

Bununla bağlı iddiaları ilk olaraq Ukrayna prezidenti Vladimir Zelenski irəli sürüb.

Zelenski fevralın 9-da Avropa Parlamentindəki çıxışında Ukrayna kəşfiyyatının Rusiyanın Moldovada hazırkı hökuməti devirmək və onu Kremlyönlü administrasiya ilə əvəzləmək planlarını aşkarladığını iddia edib. Moskva isə ittihamları rədd edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az