Rumıniyada 5,7 bal gücündə zəlzələ baş verdi

18:32 - 14 Fevral 2023

Rumıniyada 5,7 bal gücündə zəlzələ baş verdi

Rumıniyada 5,7 bal gücündə zəlzələ baş verib . 

 

Manset.az xəbər verir ki, bu barədə Rumıniyanın Yer Fizikasının İnkişafı üzrə Milli Tədqiqatlar İnstitutunun saytında məlumat verilib  .

“Qorj qraflığının Olteniya şəhərində maqnitudası 5,7, yerin 40 km dərinliyində güclü zəlzələ baş verib”, - institutun açıqlamasında bildirilir.

Ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.

Eyni zamanda zəlzələnin təkcə Rumıniyada deyil, qonşu Moldovada da hiss olunduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az