Keçmiş xanım səfir ABŞ prezidentliyinə namizədliyini AÇIQLADI

20:21 - 14 Fevral 2023

Keçmiş xanım səfir ABŞ prezidentliyinə namizədliyini AÇIQLADI

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb.

 

Manset.az xəbər verir ki, Cənubi Karolina ştatından olan Respublikaçılar Partiyasının üzvü olan siyasətçi Nikki Heyli 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə namizəd olduğunu internet səhifəsində və sosial media hesablarında paylaşdığı video ilə açıqlayıb.

Videoda hazırkı prezident Co Baydenin rekordunun "çox pis" olduğunu, lakin bunun sürpriz olmadığını ifadə edən Heyli iddia edib ki, fiskal məsuliyyət, sərhədlərin qorunması və ölkənin güclənməsi üçün yeni nəsil lazımdır.

Özünün də mühacir ailəsinin qızı olduğunu bildirən Heyli "Mən qara deyildim, ağ deyildim. Fərqli idim" deyib. dedi. Heyli qeyd edib ki, ailəsi ona və qardaşlarına ABŞ-da yaşadıqları üçün nə qədər şanslı olduqlarını hər gün deyir.

Qeyd edək ki, Nikki Heyli 2004-cü ildə Cənubi Karolinadan Nümayəndələr Palatasına seçilib. Bu vəzifədə o, ilk hindli amerikalı olub. O, 2011-2017-ci illərdə Cənubi Karolina qubernatoru vəzifəsində çalışıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az