Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində Adanada dağılan 11 binanın podratçıları və inşaat mühəndisləri saxlanılaraq polis bölməsinə aparılıb.
Manset.az DHA-ya istinadən xəbər verir ki, Adana Respublika Prokurorluğu təbii fəlakətdən sonra hərəkətə keçərək 11 dağılan binanın podratçıları, inşaat mühəndisləri, texniki məsul və kooperativ müdirləri də daxil olmaqla 15 nəfər saxlanılması ilə bağlı qərar verib.
Zəlzələdən sonra müayinə üçün məhkəmə-tibb bölməsinə gətirilən 15 nəfər, daha sonra dindirilmək üçün polis bölməsinə aparılıb.
Qeyd edək ki, Kahramanmaraşda 2 böyük zəlzələdən zərər çəkən Adanada 11 bina dağılıb, 418 nəfər həyatını itirib.
Jalə
Manşet.az