Türkiyədə zəlzələdə binaların dağılmasının DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - ANBAAN VİDEO

10:31 - 15 Fevral 2023

Türkiyədə zəlzələdə binaların dağılmasının DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - ANBAAN VİDEO

Episentri Kahramanmaraş olan və Türkiyənin 10 vilayətində qeydə alınan dəhşətli zəlzələ anı ilə bağlı yeni görüntülər ortaya çıxıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Malatya vilayətinə aid olan görüntülərdə 7,7 bal gücündə baş verən zəlzələ zaman binaların necə dağılması öz əksini tapıb.

Üç ərazidə təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdən aydın olur ki, binalar bir neçə saniyə ərzində dağılıb.

Qeyd edək ki, fevralın 6-da 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər Türkiyədə böyük dağıntılara səbəb olub. Bu dəqiqəyə kimi Türkiyədə təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib. Yaralıların sayı isə 105 mini keçib. Malatyada zəlzələdən ən çox təsirlənən və mindən çox insanın həyatını itirdiyi vilayətlərdən biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az