ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə birgə mətbuat konfransı keçirən ABŞ Baş Qərargah rəisi general Mark Milley Rusiyanın Ukraynaya qarşı strateji, əməliyyat və taktiki baxımdan məğlub olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Milley bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən bir ildən az müddət sonra Rusiya “strateji, əməliyyat və taktiki baxımdan məğlub olub”. Rusiya prezidenti Vladimir Putinin Ukraynanı tez bir zamanda məğlub edə biləcəyini, NATO ittifaqını parçalaya biləcəyini və addımlarının cəzasız qalacağını düşündüyünü deyən Milley Putinin səhv etdiyini vurğulayıb.
NATO-nun heç vaxt bu qədər güclü olmadığına diqqət çəkən Milley, “Rusiya indi qlobal olaraq kənarlaşdırılıb. Dünya Ukraynanın cəsarətindən və möhkəmliyindən ilhamlanmaqda davam edir. Bir sözlə, Rusiya məğlub oldu. Onlar strateji, əməliyyat və taktiki cəhətdən məğlub olublar və döyüş meydanında çox böyük bədəl ödəyirlər” - əlavə edib.
Manşet.az