NATO və Rusiyanın döyüş təyyarələri qarşı-qarşıya gəldi

12:13 - 15 Fevral 2023

NATO və Rusiyanın döyüş təyyarələri qarşı-qarşıya gəldi

Niderlanda məxsus F-35 döyüş təyyarələri Polşa yaxınlığında 3 Rusiya döyüş təyyarəsinin qarşısını kəsib və təyyarələri Polşa hava məkanından uzaqlaşdırıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Niderland müdafiə rəsmiləri açıqlama veriblər.

Niderland Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə naməlum təyyarələrin Kalininqraddan Polşanın NATO məsuliyyət zonasına yaxınlaşması zamanı baş verib.

Təyyarələrin Rusiyanın İL-20M kəşfiyyat təyyarəsini müşayiət edən iki “SU-27 Flanker” olduğu müəyyən olunub. Niderland F-35-ləri təyyarələri uzaqdan izləyiblər və sonra vəzifələrini NATO ortaqlarına təhvil veriblər.

Polşa Müdafiə Nazirliyi isə hava məkanı ilə bağlı hər hansı problemin olmadığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az