"WhatsApp"dan hər kəsi sevindirəcək YENİLİK

15:33 - 15 Fevral 2023

\"WhatsApp\"dan hər kəsi sevindirəcək YENİLİK

"WhatsApp" Android və iOS istifadəçilərinə fayl paylaşmaq üçün nəzərdə tutulan limiti artırır.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı "WABetaInfo" dərc edib.

Belə ki, "WhatsApp" istifadəçiləri artıq 100-ə qədər foto və video paylaşa biləcək. Daha əvvəl bu say 30 idi. 

Hazırda sınaq mərhələsində olan funksiya tezliklə istifadəyə veriləcək.

Həmçinin "WhatsApp"ın digər yeni funskiyaları da açıqlanıb:

1) Sənəd başlığı: İstifadəçilər sənəd göndərərkən başlıq əlavə edə biləcəklər. Bu da göndərilən sənədin məzmununu təsvir etmək üçün şərait yaradır. 

2) Fərdiləşdirilmiş avatarlar yaratmaq: İstifadəçilər stiker və profil şəkli kimi istifadə edilə biləcək avatar yarada biləcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az