“Türkiyə - tək ürək” kampaniyasında toplanan ianə görün nə qədər oldu

01:10 - 16 Fevral 2023

“Türkiyə - tək ürək” kampaniyasında toplanan ianə görün nə qədər oldu

“Türkiyə - tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib.

 

Manset.az xəbər verir ki, bu saata olan rəqəm 101 milyard 101 milyon lirə təşkil edir.

Kampaniyaya ölkənin hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri qatılıb.

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) keçirib.

Toplanan yardım Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) və "Kızılay" cəmiyyətinə bağışlanacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az