Dağıntılar altından atasının telefonunu tapdı: Son sifarişini görəndə göz yaşlarına boğuldu - FOTO

11:57 - 16 Fevral 2023

Dağıntılar altından atasının telefonunu tapdı: Son sifarişini görəndə göz yaşlarına boğuldu - FOTO

Zəlzələ nəticəsində anası və atası həyatını itirən Tibb Fakültəsi tələbəsi Merve Börta dağıntılar altında atasının cib telefonunu tapıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ad günü 2 gün sonra olan Merve Börta atasının mobil telefonuna baxanda sonuncu sifarişin ad günü hədiyyəsi olduğunu görüb və göz yaşlarına hakim ola bilməyib. 

Merve Börta sosial şəbəkədə, "Ad günüm fevralın 18-dir. Həyatımda valideynsiz ilk ad günümdür. Atam hətta hədiyyəmi də hazırlayıbmış. Atamın telefonunu dağıntılar altından tapdım. Onun son sifarişi hədiyyəm imiş" - yazıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az