Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 36 min 187-yə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zəlzələnin ilk anından etibarən aparılan axtarış-xilasetmə işləri davam edərkən, can itkisi artır. Son məlumatlara əsasən, indiyə qədər 36 min 187 adam həyatını itirib, 108 min 68 adam yaralanıb.
Zəlzələdən zərər çəkmiş əyalətlərdən 216 min 347 fəlakətdən sağ çıxan evakuasiya edilib.
Manşet.az