Rusiyanın Ukraynanı işğal etməsindən sonra başlayan müharibənin gərginliyi idman sahəsinə də öz təsirini göstərir. Antalyada qalan iki ölkənin komandalarının futbolçuları üz-üzə gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Antalyada oteldə qalan Rusiyanın “Yaroslavl Şinnik” və Ukraynanın “FK Minaj” komandasının futbolçuları bir-biri ilə dalaşıblar. Rusiyalı futbolçuların otel işçilərinə qarşı kobudluq etməsindən sonra başlayan davada bəzi futbolçuların sümükləri sındırılıb.
Hadisədən sonra hər iki komanda oteli tərk edib.
Manşet.az