Rusiyalı general-mayor Putin tərəfindən işdən çıxarıldıqdan sonra “intihar etdi”

17:43 - 16 Fevral 2023

Rusiyalı general-mayor Putin tərəfindən işdən çıxarıldıqdan sonra “intihar etdi”

Jurnalistlərə, müxalifət fəallarına və etirazçılara qarşı repressiyalara rəhbərlik edən rus generalın Vladimir Putinin onu işdən çıxarmasından bir ay sonra özünü öldürdüyü iddia edilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyalı jurnalistlərin bildiriblər ki, əvvəllər Kremlə əngəl törətdiyi düşünülən şəxslərə qarşı “ovun” baş təşkilatçısı 72 yaşlı general-mayor Vladimir Makarov olub. Bununla belə, Makarovun Ekstremizmə Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən istefa verməyə məcbur edildiyi bildirilib.

TASS dövlət xəbər agentliyi və Moskovskiy Komsomolets Makarovun bazar ertəsi Moskvanın şimal-qərbindəki Qolikovo şəhərindəki evində başında güllə yaraları ilə tapıldığını açıqlayıb.

Təhlükəsizlik mənbəsi Makarovun intihar etdiyini bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az