İstanbulda keçirilən əməliyyatda DEAŞ terror təşkilatı adından fəaliyyət göstərdiyi müəyyən edilən 13 şübhəli saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İstanbul Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu istintaq çərçivəsində İŞİD terror təşkilatı adından fəaliyyət göstərdikləri müəyyən edilən şübhəlilərin nəzarətə götürülməsinə göstəriş verib.
Prokurorluğun əmri ilə müxtəlif ünvanlarda təşkil edilən əməliyyatlarda 13 şübhəli saxlanılıb. Şübhəlilərin istintaqı davam etdirilir.
Manşet.az