Lionel Messinin atası Xorxe Messi oğlunun gələcəyi ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Messinin atası mövsümün sonunda PSJ ilə müqaviləsi bitəcək oğlunun "Barselona"ya gedəcəyi ilə bağlı iddialara cavab verib.
"Leonun bir daha "Barselona"da oynayacağını düşünmürəm. Laporta ilə görüşməmişik və "Barselona"ya qayıtmaq üçün heç bir təklif almamışıq", - Xorxe Messi deyib.
Bu açıqlama qarşısında Messini yenidən Kataloniya nəhənginin forması ilə görməyə ümid edən azarkeşlər məyus olublar.
Xorxe Messi, argentinalı ulduzun PSJ-də qalmaq üçün Fransa nəhəngi ilə yeni müqavilə danışıqlarına başladığını da əlavə edib.
Manşet.az