Polşa Sərhəd Mühafizəsi ölkənin Belarusla sərhədindəki elektron maneələrin 54 kilometr uzadılaraq 181 kilometrə çatdırıldığını açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə məlumatı Polşanın PAP xəbər agentliyi yayıb.
Sərhədin uzadılmasına səbəb keçən il minlərlə belaruslunun Polşaya qanunsuz daxil olmağa cəhd etməsi göstərilib.
Varşava Belarus hökumətini günahlandıraraq, böhranın Avropa Birliyinə (Aİ) asan çıxış vədi ilə Yaxın Şərq və Afrika mühacirlərini Polşaya göndərdiyini iddia edib.
Buna görə də Polşa Belarusla sərhəddə sədd çəkdi və sonra onu elektron müşahidə avadanlığı, o cümlədən gecə görmə qabiliyyəti ilə təchiz etməyə qərar verib.
Polşa Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada ölkənin Belarusla sərhədindəki elektron maneələrin 54 kilometr uzadılaraq 181 kilometrə çatdırıldığı qeyd edilib.
Elektron maneənin 343 milyon zlotiyə (71,8 milyon avro) başa gələcəyi gözlənilir.
Jalə
Manşet.az