Kahramanmaraş zəlzələlərindən sonra yayılan görüntülərdə havada ildırım kimi işıqlar peyda olmuşdu. AFAD rəsmisi Orxan Tatar ilk dəfə görüntülərdən danışaraq məsələyə aydınlıq gətirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tatar mətbuat konfransında, "Xüsusilə gecə baş verən zəlzələlərdə şimşək çaxmasına bənzər sıx bir işıq kütləsi olur. Bunlar son dərəcə adi görüntülərdir. Yer qabığında 8-9 kilometrlik bir fay qırılır. Və bu qırılma sürtünmə müstəvisi boyunca baş verir” - deyib.
Manşet.az