Səudiyyə Ərəbistanından dünyada bir İLK - VİDEO

14:18 - 20 Fevral 2023

Səudiyyə Ərəbistanından dünyada bir İLK - VİDEO

Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadın mərkəzini transformasiya etməyə hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkənin Dövlət İnvestisiya Fondundan verilən yeni açıqlamaya əsasən, şəhərin mərkəzində kub şəklində nəhəng struktur tikiləcək. Ərəbcə kub mənasını verən “Mukaab” adlı bu binanın “Ər-Riyadın yeni siması” və “dünyanın ən böyük müasir şəhər mərkəzi” olacağı bildirilir.

Ər-Riyad hava limanından 20 dəqiqəlik məsafədə yerləşəcək nəhəng binanın içərisində spiral formalı göydələn olacaq. Sözügedən göydələn ölkənin ənənəvi memarlıq üslubu Nejddən ilhamlanaraq üst-üstə düşən üçbucaqlı strukturların fasadı ilə əhatə olunacaq və birlikdə kub formalı quruluşu meydana gətirəcək.

Layihənin ən geci 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az