Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell qeyd edib ki, Çinin Ukraynada istifadə üçün Rusiyaya silah tədarük etməsi Aİ-nin “qırmızı xətti” olacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Borrell Aİ ölkələrinin xarici işlər nazirlərini bir araya gətirən Aİ Xarici Əlaqələr Şurasının iclasının girişində jurnalistlərin suallarını cavablandırıb.
ABŞ dövlət katibi Antoni Blinkenin “Çinin Rusiyaya, xüsusən də Ukrayna müharibəsində silah dəstəyi vermək fikrindən narahatıq” - bəyanatını xatırladan Borrell, Blinken kimi, Çinin ən yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşdüyünü bildirib.
Borrell çinli diplomata AI-nin bu məsələ ilə bağlı narahatlığını dilə gətirdiyini bəyan edib və "Onlardan bunu etməmələrini xahiş etdim. Bunun təkcə bizim üçün narahatlıq yaratmayacağını, həm də bizim üçün qırmızı xətt olacağını ifadə etdim. O, mənə “bunu etməyi planlaşdırmadıqlarını” dedi” - ifadələrindən istifadə edib.
Manşet.az