Böyük Britaniya Ukrayna üzərində "casus" hava şarlarının məqsədini AÇIQLADI - FOTO

15:53 - 20 Fevral 2023

Böyük Britaniya Ukrayna üzərində \"casus\" hava şarlarının məqsədini AÇIQLADI - FOTO

Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın məlumat toplamaq üçün Kiyev səmasında casus şarları göndərdiyini iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirliyin Twitter hesabından edilən açıqlamada, ötən həftə Ukrayna hava məkanında görülən obyektlərin Kiyevin hava hücumundan müdafiə sistemləri ilə bağlı kəşfiyyat məlumatı toplamaq məqsədi ilə Kreml rəhbərliyi tərəfindən göndərildiyi iddia edilib.

Bəyanatda Rusiyanın Ukraynanın yer-hava raketləri və sursat ehtiyatlarını sözügedən obyektlərlə xərcləməyi planlaşdırdığı da irəli sürülüb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az