Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın məlumat toplamaq üçün Kiyev səmasında casus şarları göndərdiyini iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirliyin Twitter hesabından edilən açıqlamada, ötən həftə Ukrayna hava məkanında görülən obyektlərin Kiyevin hava hücumundan müdafiə sistemləri ilə bağlı kəşfiyyat məlumatı toplamaq məqsədi ilə Kreml rəhbərliyi tərəfindən göndərildiyi iddia edilib.
Bəyanatda Rusiyanın Ukraynanın yer-hava raketləri və sursat ehtiyatlarını sözügedən obyektlərlə xərcləməyi planlaşdırdığı da irəli sürülüb.
Manşet.az
Latest Defence Intelligence update on the situation in Ukraine - 19 February 2023
— Ministry of Defence 🇬🇧 (@DefenceHQ) February 19, 2023
Find out more about Defence Intelligence: https://t.co/JOkHGpKGFX
🇺🇦 #StandWithUkraine 🇺🇦 pic.twitter.com/9AF5XFXrd2