Şırnakda terror əməliyyatı: 1 nəfər həbs edildi

22:10 - 20 Fevral 2023

Şırnakda terror əməliyyatı: 1 nəfər həbs edildi

Türkiyənin Şırnak vilayətində terror təşkilatları PKK/KCK və FETÖ-yə qarşı keçirilən əməliyyatlarda saxlanılan 6 şübhəlidən 1-i həbs edilib.
 

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, valilikdən verilən açıqlamaya görə, Şırnak Təhlükəsizlik Müdirliyinə bağlı qruplar tərəfindən fevralın 13-19-da vilayət daxilində terror təşkilatları PKK/KCK və FETÖ-yə qarşı əməliyyatlar keçirilib.

Əməliyyatlarda 6 şübhəli yaxalanıb.

Polis bölməsindəki əməliyyatlardan sonra nəzarətə alınaraq ədliyyə orqanlarına təhvil verilən şübhəlilərdən biri həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az