Xəbər verdiyimiz kimi Hatayda bu gün yenidən bir-birinin ardınca 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.
Manset.az xəbər verir ki, "Ahbab"ın qurucusu və sənətçisi Haluk Levent hazırda bölgədəki son vəziyyəti açıqlayıb.
Sosial media hesabından paylaşım edən Levent, "Çox pis sarsıldıq, dostlar, bir çox bina dağıldı" deyib.
AFAD-dan alınan məlumata görə, episentri Hatay Defne olan 6,4 bal gücündə zəlzələ saat 20:04-də baş verib. Zəlzələnin dərinliyi 16,74 kilometr olub. Zəlzələ güclü hiss olunub, vətəndaşlar təşvişə düşüb. 6,4 bal gücündə zəlzələdən sonra, Türkiyə vaxtı ilə saat 20:07-də Hatayın Samandağ rayonunda 5,8 bal gücündə daha bir zəlzələ baş verib.
5,8 bal gücündə olan zəlzələnin dərinliyi 7 kilometr olaraq müəyyən edilib. Bəzi binaların dağıldığı bildirilir.
Jalə
Manşet.az