Zəlzələ nəticəsində 6 nəfər ölüb - YENİLƏNDİ

09:04 - 21 Fevral 2023

Zəlzələ nəticəsində 6 nəfər ölüb - YENİLƏNDİ

Zəlzələ nəticəsində həlak olanların sayı 6-ya yüksəlib.

***

Zəlzələlər nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Yaralıların sayı isə 294 nəfərdir.

***

“Türkiyənin Hatay vilayətində ötən gün baş verən yeni zəlzələlər nəticəsində 294 nəfər xəsarət alıb”.

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib.

Onun sözlərinə görə, yaralılardan 18 nəfərin vəziyyəti ağırdır: “Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən zərərçəkən və dərhal müalicələrinə başlanan yaralıları səhra xəstəxanalarında ziyarət etdik, vəziyyətlərini müşahidə altında saxlayırıq. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hava və quru yolu ilə Adana və Dördyol xəstəxanalarına aparılıblar”.

Nazir əlavə edib ki, sonuncu zəlzələlərdən sonra bəzi xəstəxanaların binasında çatlar əmələ gəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az