Rusiya prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində çıxış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin çıxışından başlıqlar belədir:
- Addım-addım Xüsusi Hərbi Əməliyyatlar missiyalarına qərar verəcəyik.
- Biz Donbas problemini sülh yolu ilə həll etmək üçün mümkün olan hər şeyi etdik. Lakin Qərb fərqli bir ssenari hazırladı.
- Hərbi əməliyyatdan əvvəl Kiyev Qərblə silah tədarükü ilə bağlı danışıqlar aparırdı.
- Onlar müharibəyə başladılar, biz onu dayandırmaq üçün hər şeyi etdik.
- Qərb cini şüşədən çıxardı.
- Qərbin məqsədi qeyri-məhdud gücdür.
Manşet.az