Bu ölkədə saxta diplomlu və sertifikatlı tibb işçilərinin sayı artıb

15:23 - 21 Fevral 2023

Bu ölkədə saxta diplomlu və sertifikatlı tibb işçilərinin sayı artıb

Hollandiyada saxta diplom və ya peşəkar təcrübə sertifikatları ilə işləyən tibb işçilərinin sayının 2022-ci ildə iki dəfədən çox artdığı bildirilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hollandiyanın Səhiyyə və Gənclik Müfəttişliyi (IGJ) tərəfindən edilən açıqlamada 2022-ci ildə 95 tibb işçisinin saxta diplom və ya peşə təcrübəsi sertifikatı ilə işlədiyi bildirilib.

Bundan əlavə, 11 tibb işçisinin cinayət qeydlərində (VOG) qanun pozuntularına yol verdiyi aşkarlanıb.

Bildirilib ki, səhiyyə sektorunda saxta diplom və ya sertifikatla çalışanların sayı 2022-ci ildə iki dəfədən çox artıb.

Açıqlamada saxta diplom və sənədlərlə işləyənlərin xəstələr üçün risk yaratdığı qeyd edilib və işəgötürənlərin şübhəli hallarda vəziyyəti prokurorluğa bildirmək öhdəliyinin olduğu vurğulanıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az