Rusiya prezidenti Vladimir Putin bu gün xalqa müraciətində nüvə narahatlıqlarına səbəb olacaq qərarını açıqlayıb və "Yeni START" razılaşmasını dayandırdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ prezidenti Co Baydenin Rusiya-Ukrayna müharibəsinin ildönümü öncəsi Kiyevə gözlənilməz səfərindən sonra bütün dünyanın gözü Rusiya prezidenti Vladimir Putinin açıqlamalarına çevrilib. Putin bəyanatında nüvə narahatlığına səbəb olacaq qərara imza atıb.
Rusiya “Yeni START” sazişini dayandırıb. Rusiyanın qərarından sonra NATO qısa müddətdə cavab verib. Rusiyanın Yeni START sazişində iştirakını dayandırmasını silahlara nəzarət arxitekturasının iflası kimi qiymətləndirən NATO Rusiyanı qərarını yenidən nəzərdən keçirməyə çağırıb.
Putinin razılaşmanı dayandırmaq qərarını dəyərləndirən Stoltenberq bu qərarından təəssüfləndiyini bildirib:
"Son illərdə Rusiya əsas silahlara nəzarət sazişlərini pozub və ya onlardan çıxıb. Yeni START ilə bağlı bugünkü qərarla bütün silahlara nəzarət arxitekturası çöküb. Mən Rusiyaya öz qərarını yenidən nəzərdən keçirməyi və mövcud razılaşmalara hörmət etməyi şiddətlə tövsiyə edirəm".
Manşet.az