Kahramanmaraşda zəlzələyə səbəb olan kilometrlərlə uzunluğunda olan fay xəttinin dronla çəkilən görüntüləri yayılıb.
Manset.az İHA-ya istinadən xəbər verir ki, qırılan fay xəttini əks etdirən görüntülərdə əkin sahələrinin ikiyə bölündüyü, zəlzələnin şiddətinin bir daha ortaya çıxdığı müşahidə edilib. Episentri Kahramanmaraş olan zəlzələ nəticəsində çoxlu sayda insan həyatını itirib, minlərlə bina uçub.
Görüntülər zəlzələnin dəhşətini ortaya çıxarsa da, kilometrlərlə uzanan qırılma xətti də aydın görünür.
Jalə
Manşet.az