Birinci nəsil iPhone hərracda rekord qiymətə satıldı – RƏQƏM

10:46 - 22 Fevral 2023

Birinci nəsil iPhone hərracda rekord qiymətə satıldı – RƏQƏM

Amerikanın texnologiya şirkəti Apple-ın birinci nəsil smartfonu iPhone, onlayn hərracda 63 min dollara (təxminən 107,100 AZN) satılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, LCG Auksion saytının satışa çıxardığı birinci nəsil iPhone real qiymətindən 100 dəfə çox alıcı tapıb. Təxminən bir ay əvvəl 2 min 500 dollar təklifi ilə açılmamış iPhone-u almaq üçün başlayan hərraca ümumilikdə 27 nəfər qatılıb.

İlkin qiyməti 599 dollar (təxminən 1,018 AZN) olan birinci nəsil iPhone 2007-ci ildə 3,5 düym (8,89 sm) ekran, 2 meqapiksel kamera, 4 və ya 8 GB yaddaş və internet xüsusiyyətləri ilə satışa çıxarılmışdı.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az