ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, ölkədə prezidentliyə namizəd olan hər kəs əqli qabiliyyət imtahanından keçməlidir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, ABŞ-da prezident seçkiləri üçün bütün namizədlər namizədliklərini elan etməzdən əvvəl və ya sonra tam əqli bacarıq testindən keçməyə razılıq verməlidirlər.
Hazırda 76 yaşı olan və rəsmi olaraq 2024-cü il prezident seçkilərinə namizəd olan Tramp iddia edib ki, namizədlər fiziki cəhətdən işə hazır olduqlarını göstərən testdən də keçməlidirlər.
"Görkəmli prezident olmaq böyük əqli itilik və fiziki dözüm tələb edir. Əgər bu keyfiyyətlərə malik olmasanız, çox güman ki, uğur qazana bilməyəcəksiniz", - Tramp deyib.
Manşet.az