Paşinyan öz tərəfdarlarının əmlaklarını yoxlatdırır

11:46 - 22 Fevral 2023

Paşinyan öz tərəfdarlarının əmlaklarını yoxlatdırır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının bütün üzvlərinin əmlakının yoxlanılmasına dair göstərişlər verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına partiya nümayəndələrinin, eləcə də onların qohumlarının, dostlarının və onlarla əlaqəli şəxslərin əmlakları barədə məlumatların araşdırılmasını tapşırıb: “O, bununla kimin nə qədər varlandığını öyrənmək istəyir”.

Bildirilir ki, Paşinyan sözügedən şəxsləri daimi qorxu halında saxlamaq niyyətindədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az