Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ ilə Yeni START-da iştirakını dayandırmasını qiymətləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qərb ölkələrinin Rusiyanın Yeni START qərarına ilkin reaksiyasının danışıqlar üçün "ümid verici" olmadığına diqqət çəkən Peskov, "Digər tərəfdən, zamanla şərtlər dəyişə bilər. Rusiya təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməlidir. O cümlədən silahlara nəzarət məsələləri. Rəqiblərimizin normal danışıqlara yetişməsini gözləyərkən səbirli yanaşmamız çox vacibdir. Hər şey Qərbin yanaşmasından asılı olacaq. Narahatlığımızı nəzərə almaq iradəsini ortaya qoysalar, vəziyyət dəyişəcək" – deyib.
Manşet.az