İspaniyanın müdafiə naziri Marqarita Robles ölkəsinin Ukraynaya 6 Leopard 2A4 tipli tank göndərəcəyini açıqlayıb.
Manset.az Trt haber-ə istinadən xəbər verir ki, Robles parlamentdəki çıxışında Rusiyaya qarşı müharibədə istifadə edilmək üçün Ukraynaya təhvil veriləcək 6 ədəd Leopard 2A4 tankının martın sonu, aprelin əvvəlində göndəriləcəyini bildirib.
Robles həmçinin bildirib ki, 40-ı tank idarə edən personal olmaqla 55 Ukrayna əsgəri İspaniyada təlim keçib.
Rusiya ilə müharibə başlayandan bəri Ukraynaya 42-si hava, 9-u quru və 3-ü dəniz olmaqla 54 ədəd müxtəlif hərbi material göndərdiklərini vurğulayan Robles, çox təfərrüata varmadan, aralarında 190 raket də olduğunu bildirib.
Digər tərəfdən, Robles İspaniyanın NATO-nun şərq cinahında hava məkanını qorumaq üçün aprel ayından etibarən 4 ay müddətində Estoniyanın şimalında Nasams tipli zenit raketləri yerləşdirəcəyini də təsdiqləyib.
Jalə
Manşet.az