Kambocada 11 yaşlı qız H5N1 adlı quş qripi səbəbindən dünyasını dəyişib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kamboca Səhiyyə Nazirliyi bildirib ki, Prey Veng şəhərinin kəndində yaşayan uşaq fevralın 16-da öskürək, boğaz ağrısı və 39 dərəcəyə qədər qızdırma şikayətləri ilə paytaxt Phnom Penhdəki xəstəxanaya aparılıb.
O, tibbi müdaxiləyə baxmayaraq vəfat edib.
Qeyd olunur ki, sözügedən hadisə Kambocada 2014-cü ildən bəri ilk quş qripi hadisəsidir.
Manşet.az