Koronavirus pandemiyasından sonra turizmi canlandırmaq istəyən Tayvanda diqqətəlayiq bir qərar verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tayvan hökuməti ölkəyə gələn hər xarici turist üçün 5 min NTD, yəni 164 dollar verməyə hazırlaşır.
Turistlərin sayını artırmaq üçün ölkəyə gələn hər xarici turist üçün 5 min NTD (164 dollar) ödəniləcəyi bildirilib. Paketə həmçinin Tayvan vətəndaşları ilə eyni meyarlara cavab verən əcnəbilər üçün 6 min NTD (196 dollar) vergi geri qaytarılması dəstəyinin də yer alacağı açıqlanıb.
Manşet.az