Turizmi canlandırmaq istəyən ölkə gələn turistlərə 164 dollar ödəyəcək

14:39 - 23 Fevral 2023

Turizmi canlandırmaq istəyən ölkə gələn turistlərə 164 dollar ödəyəcək

Koronavirus pandemiyasından sonra turizmi canlandırmaq istəyən Tayvanda diqqətəlayiq bir qərar verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tayvan hökuməti ölkəyə gələn hər xarici turist üçün 5 min NTD, yəni 164 dollar verməyə hazırlaşır.

Turistlərin sayını artırmaq üçün ölkəyə gələn hər xarici turist üçün 5 min NTD (164 dollar) ödəniləcəyi bildirilib. Paketə həmçinin Tayvan vətəndaşları ilə eyni meyarlara cavab verən əcnəbilər üçün 6 min NTD (196 dollar) vergi geri qaytarılması dəstəyinin də yer alacağı açıqlanıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az