Avropa İttifaqı TikTok-u QADAĞAN ETDİ

15:40 - 23 Fevral 2023

Avropa İttifaqı TikTok-u QADAĞAN ETDİ

Avropa İttifaqı Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarından TikTok tətbiqini silməyi tapşırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ittifaqın icra orqanı kimi fəaliyyət göstərən Aİ Komissiyası, təhlükəsizlik səbəbiylə işçilərinə sosial media tətbiqi TikTokdan istifadəni qadağan edib. Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında işə aid hər hansı tətbiq quraşdırılmış tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb.

Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Çin texnologiya firmasına məxsus TikTok bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur. ABŞ-da da rəsmi xidmət üçün istifadə edilən cihazlarda TikTok-dan istifadə qadağan edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az