Çinin Lanzhou Universitetinin Fizika Elmləri və Texnologiyaları Məktəbində çalışan tədqiqat qrupu, insan fəaliyyətini izləyə bilən və geyilə bilən özü ilə işləyən çevik, şəffaf elektron dəri (e-dəri) hazırlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, araşdırma qrupunun rəhbəri professor Lan Vei bu yeni e-dərinin uzanan şəffaf gərginlik sensoru ilə enerji saxlama cihazı kimi çevik şəffaf superkapasitoru birləşdirdiyini deyib.
"Mexanik yumşaqlığı sayəsində e-dəri insan fəaliyyətini izləmək üçün birbaşa bədənin müxtəlif hissələrinə taxıla bilər" deyən Lan, bu texnologiyanın ağıllı səhiyyə, insan-maşın qarşılıqlı əlaqəsi, virtual reallıq və süni intellekt kimi müxtəlif sahələrdə istifadə oluna biləcəyini söyləyib.
Şarj edildikdən sonra insanların incə fiziki siqnallarını həyata keçirmək, ürək döyüntüsü, udma və bədən hərəkətləri kimi çoxmiqyaslı fəaliyyətlərin real vaxt rejimində monitorinqi üçün həqiqi dərinin hissetmə funksiyasını simulyasiya edə bilən e-dəri insan dərisinə tətbiq oluna bilər.
Elektron dərinin, məsələn, perspektivli geyilə bilən elektron cihazların nüvəsini təşkil etdiyi, bunun cərrahlara robotları daha dəqiq idarə etməsinə kömək edə biləcəyi ifadə edilib.
Tədqiqat qrupu indi e-dərinin sensor qabiliyyətini və enerji təchizatını artırmağa, onu insan dərisinə daha yaxın və müxtəlif gələcək tətbiqlərə daha uyğunlaşdırmağa yönəldəcək.
Manşet.az