"Putinin nüvə silahından istifadə edəcəyini düşünmürəm" - Bayden

21:50 - 23 Fevral 2023

\"Putinin nüvə silahından istifadə edəcəyini düşünmürəm\" - Bayden

"Putinin nüvə silahından istifadə edəcəyini düşünmürəm" 

 

Manset.az İHA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin 'Yeni START' razılaşmasını dayandırma qərarı ilə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən səsləndirib.

Co Bayden ABC News-a verdiyi açıqlamada bu qərarı “böyük səhv” kimi qiymətləndirib.

Ötən bazar ertəsi Ukraynaya gözlənilməz səfər edən və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşərək son vəziyyətlə bağlı məlumat alan Bayden Putinin böyük səhv etdiyini, bunun məsuliyyətli bir hərəkət olmadığını deyib:

"Ancaq Putinin nüvə silahından və ya buna bənzər bir şeydən istifadə etməyi düşündüyünü fikirləşmirəm”.

 Bayden deyib ki, Putin razılaşmanı dayandırmaq qərarını açıqlayanda tərəddüd edib:

"Putin çıxışında bir anlıq nə deyəcəyinə əmin olmadı. Amma o, böyük səhv etdi. Əminəm ki, bu vəziyyəti həll edəcəyik".

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az