Qərb Rusiya-Ukrayna müharibəsinin ildönümündə Kiyev administrasiyasına dəstək mesajları göndərib. Müharibəni Ukraynanın qazanacağı ilə bəyan edilən fikirlərdən sonra Rusiya mesaj verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı müharibədə qalib gələcəklərini bildirib. O, Telegram hesabında "Rusiya Polşa sərhədlərinə getməyə hazırdır" - açıqlamasını verib.
“Neonasistlər Kiyevdə hakimiyyətdən uzaqlaşdırılmasalar, gələcəkdə onlar yeni dünya münaqişəsi yaratmağa cəhd edə bilərlər. Buna yol vermək olmaz. Ona görə də xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olmaq çox vacibdir. Polşa sərhədlərində olsa belə, ölkəmizə qarşı təhdidlərin sərhədlərini mümkün qədər geri çəkəcəyik”.
Manşet.az