NATO-nun baş katibi Yens Stoltenberq Estoniyanın paytaxtı Tallinə səfəri zamanı İsveç və Finlandiyanın NATO üzvlüyündən danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli görüşün NATO-nun mənzil-qərargahında keçiriləcəyini açıqlayıb.
Stoltenberq açıqlamasında ötən həftə Ərdoğanla görüşdüyünü və üç ölkənin mart ayının ortalarında NATO-nun Brüsseldəki qərargahında görüşəcəyini bildirib.
Manşet.az