Kəşfiyyat hesabatı təqdim edildi: Korona sirri illər sonra açıldı

10:22 - 27 Fevral 2023

Kəşfiyyat hesabatı təqdim edildi: Korona sirri illər sonra açıldı

Yeni kəşfiyyat nəticələrini araşdıran ABŞ Energetika Nazirliyi koronavirusun mənşəyi ilə bağlı diqqətçəkən bir nəticəyə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Energetika Nazirliyi Kovid-19 pandemiyasının mənbəyinin böyük ehtimalla laboratoriya sızması olduğunu söyləyir:

“ABŞ agentliyinin yenidən işlənmiş qiymətləndirməsi yeni kəşfiyyat məlumatlarına əsaslanır”.

Sözügedən kəşfiyyat məlumatı bu yaxınlarda Ağ Evə və Konqresin əsas üzvlərinə də təqdim edilib. Nazirlik, FTB-nin oxşar hesabatı ilə eyni nəticəyə gəlib və virusun çox güman ki, Vuhandakı bir laboratoriyadan qaynaqlandığını söyləyib.

CIA-nın mövzu ilə bağlı hesabatının qarşıdakı dövrdə dərc olunması gözlənilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az