Qırğızıstanın İssık-Kul bölgəsində 5,1 və 5,6 bal gücündə iki zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qırğızıstan Seysmologiya İnstitutundan verilən açıqlamada yerli vaxtla saat 03:42-də İssık Kul bölgəsində 5,1 bal gücündə zəlzələnin baş verdiyi, zəlzələnin ətraf kəndlərdə də hiss edildiyi bildirilib.
Açıqlamada 5,6 bal gücündə ikinci zəlzələnin yerli vaxtla saat 05:58-də İssık Kul bölgəsində Çin sərhədi yaxınlığında baş verdiyi və zəlzələnin dənizin 35 kilometr dərinliyində qeydə alındığı bildirilib.
Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ilkin məlumata görə, tələfat və dağıntıların olmadığını açıqlayıb.
Manşet.az