Əfqanıstanın İrandakı səfirliyi Talibana verildi

11:45 - 27 Fevral 2023

Əfqanıstanın İrandakı səfirliyi Talibana verildi

Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bəyanata əsasən, Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib. Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi Twitter hesabında mövzu ilə bağlı açıqlama verib.

Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam etdiriləcəyini bildirib.

Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri ötən il Talibana təhvil verilib.

Dünyanın hər yerində qalan Əfqanıstan səfirliklərində əvvəlki Əfqanıstan hökuməti tərəfindən təyin edilmiş diplomatlar var.

Səfirlikləri Talibana verilən ölkələr də daxil olmaqla, indiyədək dünyanın heç bir ölkəsi Taliban administrasiyasını rəsmən tanımayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az