NASA-nın “Crew-6” kosmik missiyası bir sıra problemlərlə üzləşib. Bu gün üçün planlaşdırılan və buraxılışa hazırlanan raketdə alışma problemi yaranıb və buraxılış ləğv edilib.
Bu barədə Manset.az Türk mediasına istinadən xəbər verir.
Falcon 9 raketinin Florida ştatının Kanaveral burnunda yerləşən 39A Launch Complex-dən buraxılması planlaşdırılıb. Lakin mühərrikdə yaranan problem bütün planları alt-üst edib. NASA-nın məlumatına görə, buraxılış TEA-TEB alovlandırıcı maye ilə bağlı problemə görə təxirə salınıb.
Kosmik stansiyaya buraxılış üçün gündə yalnız bir atış olduğu üçün buraxılış sabah yenidən göndəriləcək. 24 saatlıq gecikmədən sonra Crew-6-nın yenidən buraxılması gözlənilir.
Jalə
Manşet.az