NASA-nın "Crew-6" missiyası yenidən gecikdi - SƏBƏB

18:31 - 27 Fevral 2023

NASA-nın \"Crew-6\" missiyası yenidən gecikdi - SƏBƏB

NASA-nın “Crew-6” kosmik missiyası bir sıra problemlərlə üzləşib. Bu gün üçün planlaşdırılan və buraxılışa hazırlanan raketdə alışma problemi yaranıb və buraxılış ləğv edilib.

 

Bu barədə Manset.az Türk mediasına istinadən xəbər verir.

Falcon 9 raketinin Florida ştatının Kanaveral burnunda yerləşən 39A Launch Complex-dən buraxılması planlaşdırılıb. Lakin mühərrikdə yaranan problem bütün planları alt-üst edib. NASA-nın məlumatına görə, buraxılış TEA-TEB alovlandırıcı maye ilə bağlı problemə görə təxirə salınıb.

Kosmik stansiyaya buraxılış üçün gündə yalnız bir atış olduğu üçün buraxılış sabah yenidən göndəriləcək. 24 saatlıq gecikmədən sonra Crew-6-nın yenidən buraxılması gözlənilir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az