İranın Bəndər Abbas şəhərində ammonyak çənində partlayış baş verib.
Manset.az xəbər verir ki, partlayış nəticəsində 6 nəfər yaralanıb.
Hormozqan Tibb Elmləri Universitetinin təcili yardım şöbəsinin müdirinin sözlərinə görə, Bəndər Abbasda yerləşən "Baba Qulam" Sənaye Birliyinin buz fabrikində ammonyak qazı çənində baş verən partlayış nəticəsində 6 nəfər yaralanıb.