Putindən ABŞ kinoaktyoru Stiven Siqala "Dostluq" ordeni

22:50 - 27 Fevral 2023

Putindən ABŞ kinoaktyoru Stiven Siqala \"Dostluq\" ordeni

Rusiya prezidenti Vladimir Putin amerikalı kinoaktyor Stiven Siqalı “Dostluq” ordeni ilə təltif edib.

 

Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, Putinin imzaladığı qərara əsasən, Rusiya Xarici İşlər Nazirliyinin ABŞ və Yaponiya ilə humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Siqala və kino aktyoru Siqala “böyük töhfəsinə görə” “Dostluq” ordeni ilə təltif edilib.

ABŞ kinoaktyoru Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını alıb.

Rusiya məşhur aktyor Stiven Siqalı 2018-ci ildə ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün xüsusi nümayəndə təyin edib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Siqalın missiyası “Rusiya və ABŞ arasında humanitar yardım sahəsində, o cümlədən mədəniyyət, incəsənət, ictimai və gənclər mübadiləsi proqramları sahəsində əməkdaşlıq sahəsində əlaqələri asanlaşdırmaq” olacaq.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az