650 qız bu səbəbdən qəsdən zəhərlənib - İranı qarışdıran iddia

11:15 - 28 Fevral 2023

650 qız bu səbəbdən qəsdən zəhərlənib - İranı qarışdıran iddia

İranda ən azı 650 qız şagirdin məktəbə getməmək üçün qəsdən zəhərləndiyi iddiası ölkəni qarışdırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın yüksək rütbəli rəsmisi qızların xüsusi olaraq hədəf alındığını təsdiqləyib. İranın səhiyyə nazirinin müavini Yunus Pənahi isə “Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını tələb edir” - deyib.

Qızlardan heç birinin həyatını itirmədiyi, onlarla qızın tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Zəhərlənmələrin ən çox baş verdiyi yer mühafizəkar Qum şəhəridir. Amma ölkənin daha səkkiz şəhərində məktəbli qızlar zəhərlənib. İlk zəhərlənmələr 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib.

Fevralın ortalarında Qumda qubernatorluq binası qarşısında azı 100 nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib. Bəzi valideynlər deyirlər ki, uşaqlarının sağalması həftələr çəkir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az